Hər şey sizin üçün xüsusi olaraq hazırlanır. Bizə CV-nizi göndərin, ilk addımı atın və bizimlə birlikdə həyəcanverici bir yolculuğa başlayın!
CV-ni bizə göndərTuran E-Trade & E-Export 2024 Forumu
Turan E-Trade & E-Export 2024 Forumu
Rəqəmsal ticarətin və ixracın gələcəyi müzakirə olundu.
Şirkətimiz Turan E-Trade & E-Export 2024 Forumunda fəal iştirak edərək rəqəmsal ticarət və e-ixrac sahəsində ən son trendlər, innovativ həllər və inkişaf perspektivlərini müzakirə etdi. Forum, yerli və beynəlxalq səviyyədə sektorun aparıcı mütəxəssislərini, texnologiya təminatçılarını və biznes liderlərini bir araya gətirərək, rəqəmsal iqtisadiyyatın gələcəyini formalaşdırmaq məqsədilə geniş fikir mübadiləsi platforması yaratdı. Tədbir çərçivəsində təşkil olunan panellərdə elektron ticarətin inkişafı, bazarlama strategiyaları, rəqəmsal texnologiyaların tətbiqi və ixracın artırılması yolları kimi mühüm mövzular müzakirə edildi.
Şirkətimizin nümayəndələri bu panellərdə iştirak edərək, öz təcrübələrini bölüşdü və sektordakı son yeniliklərdən bəhrələndi. Bununla yanaşı, forum zamanı tərəfdaşlarla əlaqələrimizi gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün görüşlər keçirildi. Rəqəmsal ticarət sahəsində liderlik mövqeyimizi qorumaq və innovasiyaları fəaliyyətimizə inteqrasiya etmək məqsədilə forumun təqdim etdiyi imkanlardan maksimum istifadə etdik.
Turan E-Trade & E-Export 2024 Forumunda iştirak etmək şirkətimizin rəqəmsal transformasiya və qlobal bazarlarda rəqabətqabiliyyətliliyimizi artırmaq yolunda daha bir əhəmiyyətli addımı oldu.